Böyük Britaniyanın keçmiş baş naziri Qordon Braun xəbərdarlıq edib ki, növbəti potensial maliyyə böhranı Asiyadan gələ bilər.
Modern.az saytının məlumatına görə, Braun bildirib ki, Asiya bankları "kölgə bankçılığı" olaraq bilinən formal tənzimləmə nəzarətinin subyekti deyil.
Eks baş nazir hesab edir ki, əgər böhran başlasa, borclarla bağlı problem yaşanacaq. Yəni maliyyə qurumları borcların müəyyənləşdirilməsi məsələsində çətinlik çəkəcək.
Qordon Braun G20 ölkələrinə çağırış edib və bildirib ki, onlar bütün maliyyə risklərini yaxından təqib etməlidir.
O həmçinin maliyyə qurumları, hökumət və banklar arasında iqtisadi risklərin araşdırılması, qiymətləndirilməsi üçün birgə nəzarət qrupunun yaradılmasını təklif edib.
Xatırladaq ki, 1997-2007-ci illərdə Britaniyanın maliyyə naziri vəzifəsində işləyən Qordon Braunu iqtisadiyyat sahəsində əldə olunan nailiyyətlərə görə "Dəmir kansler" adlandırmışdırlar.
O, 2007-2010-cu illərdə isə Böyük Britaniyanın baş naziri olub.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























