Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyevin imzası ilə kommersiya banklarına daxil olan məktubda deyilir ki, 30.09.2017-ci il tarixi bank sistemi üçün rəsmi iş günü elan edilir.
Bu xəbər əhali arasında müəyyən təşvişə səbəb olub. Sosial şəbəkələrdə qeyd olunur ki, bu, növbəti devalvasiya ilə bağlı ola bilər.
Məsələ ilə bağlı milli.az Mərkəzi Banka sorğu ünvanlayıb. Bankdan bildiriblər ki, bu xəbərlərin heç biri əsası yoxdur:
"III rübün başa çatması ilə əlaqədar olaraq dövlət büdcəsinə daxilolmaların kütləviliyini, xərclərin aparılmasının rəvanlığını və hesablaşmaların başa çatdırılmasının təmin edilməsi zəruriliyini nəzərə alaraq, ölkədaxili hesablaşma-kassa əməliyyatlarının aparılması məqsədilə 30.09.2017-ci il tarixi bank sistemi üçün rəsmi iş günü elan olunub. Bununla bağlı kommersiya banklarına rəsmi bildiriş göndərilib".
Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov isə unikal.org-a deyib ki, yayılan xəbərlə bağlı Mərkəzi Bankın rəhbərliyi ilə əlaqə saxlayıb:
"Hər hansı bir təşvişə ehtiyac yoxdur. Mən Mərkəzi Bankla danışdım. Bildirdilər ki, 9 ayın yekunları ilə bağlı banklardan bəzi gözləntilərin həyata keçirilməsi üçün 30.09.2017-ci il tarixi bank sistemi üçün rəsmi iş günü elan edilib. Mən bilirdim ki, problem yoxdur. Heç bir devalvasiya da gözlənilmir. Çünki manatın möhkəmlənməsi prossesi çox sürətlə aparılır və buna görə hər hansı bir narahatçılıq görmürəm".
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































