"Financial Times" qəzeti yazır ki, İraqın şimalında keçirilmiş müstəqillik referendumunun ən mürəkkəb perspektivlərindən biri də, kürdlərin neftlə zəngin Kərkük əyalətinə iddialı olmalarıdır.Məqalədə deyilir ki, Kərkük günə 400 min barrel neft hasil edir və bu toplam İraq neft hasilatının 10 faizi deməkdir.
Beləliklə, Kürdüstan həqiqətən də müstəqil olarsa, İraq hökuməti OPEC-də ən böyük ikinci hasilatçı statusunu İrana təhvil verməli olacaq. Bundan başqa İraqın şimalındakı Kürd Muxtar Regionunun 45 milyard barrel neft ehtiyatına malik olduğu məlumdur. Bu, İraqın bütün neft ehtiyatlarının üçdə biri deməkdir. Burada hazırda günə 650 min barrel neft hasil olunur ki, bunun da 550 min barreli Türkiyə ərazisi ilə Aralıq dənizi limanlarına çıxarılır.
"Financial Times" yazır: "Elə isə dünya neft bazarı OPEC-in ikinci ən böyük hasilatçısı olan bir ölkəni potensial baxımdan parçalayacaq ziddiyyətli referendumdan niyə qədər də narahat olmayıb?"
Məqalədə daha sonra deyilir: Birincisi ona görə ki, referendumda Kürdüstanın müstəqilliyinə hətta "hə" deyilsə də, bu avtomatik olaraq dərhal müstəqil Kürdüstanın yaranması ilə nəticələnməyəcək.
Kürdüstan rəsmiləri referendumun nəticələrinin icbari olduğunu desələr də, onlar bunu da qeyd ediblər ki, müstəqillyin rəsmi bəyanına qədər Bağdadla ciddi danışıqlara girəcəklər. Bu isə illərlə davam edə bilər. Məqalədə deyilir ki, beynəlxalq dəstək və tanıma olmadan Kürdüstan yaxın gələcəkdə özünün müstəqilliyini elan edə bilməyəcək.

Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































