Dünya birjalarında neft bahalaşır.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,03 dollar və ya 0,07% artaraq 46,02 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,06 dollar və ya 0,12% artaraq 48,48 dollar olub.
ABŞ və Liviyada hasilatın artması neftin qiyməti təzyiq altında saxlayır. Digər tərəfdən, qlobal səviyyədə tələbin artım dinamikası nümayiş etdirməsi treyderləri tərəddüd içində saxlayır.
ABŞ-ın Energetika Nazirliyinin proqnozuna əsasən, avqustda ötən ayla müqayisədə ölkə üzrə sutkalıq hasilat 113 min barrel artaraq rekord səviyyə olan 5,585 mln. barrelə çatacaq. Bu gözləntilər özünü doğruldarsa, ABŞ-da neft hasilatı ardıcıl 8 ay artım nümayiş etdirəcək.
Buna baxmayaraq, "S&P Global Platts" tərəfindən keçirilən sorğuda iştirak edən analitiklərin konsensus-proqnozu onu deməyə əsas verir ki, ötən həftə ABŞ-da kommersiya ehtiyatları 3 mln. barrel azalıb. (apa)
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























