2017-ci ilin yanvar-may ayları ərzində Türkiyəyə ümumilikdə 8 mln. 762,509 min nəfər xarici ziyarətçi səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,55% çoxdur.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin yaydığı məlumatda bildirilir ki, hesabat dövründə Rusiyadan Türkiyəyə 928,376 min nəfər səfər edib.
Siyahının lideri Rusiyanın ardınca qardaş ölkəyə ən çox Gürcüstan vətəndaşları gəlib ki, onların sayı 874,955 min nəfər təşkil edib. Üçüncü yerdə qərarlaşan Almaniyadan Türkiyə 863,572 min, İrandan 774,010 min, Bolqarıstandan 638,409 min, İngiltərədən 396,515 min, Ukraynadan 316,252 min, Azərbaycandan 243,421 min, İraqdan 239,996 min, Hollandiyadan 205,931 min, Yunanıstandan 204,806 min nəfər səfər edib.
İsrail, Səudiyyə Ərəbistanı, Fransa, Rumıniya, ABŞ-dan Türkiyəyə səfər edənlərin sayı 100 min nəfəri ötməyib.
Mediainfo.az
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































