Yunanıstana verilən kreditlər və yunan istiqrazlarına yatırılan investisiyalar Almaniyaya 1,34 mlrd. avro (1,54 mlrd. ABŞ dolları) gəlir gətirib. "Report" "Suddeutsche Zeitung" qəzetinə istinadən xəbər verir ki, bu barədə AlmaniyaMaliyyə Nazirliyi məlumat yayıb.
Almaniyanın "KfW" dövlət bankı vasitəsilə verilən kreditlərdən 393 mln. avro (452 mln. dollar) faiz gəliri, istiqrazlardan isə 952 mln. avro (1,09 mlrd. dollar) gəlir əldə olunub.
"Deutsche Welle" ictimai teleradiokanalı xəbər verir ki, "Yaşıllar" Partiyası dövlətin bu hərəkətini əxlaqsızlıq kimi qiymətləndirib və əldə olunan vəsaiti Yunanıstana geri qaytarmağı tələb edib. Partiyanın büdcə məsələləri üzrə eksperti Sven-Kristian Kindler (Sven Christian Kindler) bildirib ki, "Almaniyanın Yunanıstan böhranından qazanc əldə etməsi leqal olsa da, mənəvi cəhətdən həmrəylik nümayiş etdirmir".
Xatırladaq ki, Yunanıstan 2015-ci ildən etibarən maliyyə böhranı ilə üzləşib və hətta ölkənin o zaman Avropa İttifaqından ayrılması məsələsi gündəmə gəlmişdir.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























