Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracını keçirib.
Komitədən verilən məlumata görə, hərracda 32 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 1-i səhmdar cəmiyyəti, 19-u kiçik dövlət müəssisəsi, 7-i qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 1 səhmdar cəmiyyətinə, 8 kiçik dövlət müəssisəsinə, 6 istifadəsiz qeyri yaşayış sahəsinə və 5 nəqliyyat vasitəsinə, respublikanın digər şəhər və rayonları üzrə 11 kiçik dövlət müəssisəsinə, 1 istifadəsiz qeyri yaşayış sahəsinə sifariş verilib. Ümumilikdə isə 1 mln. manatdan artıq vəsait dövlət büdcəsinə köçürülüb.
Paytaxtda özəlləşdirilən 8 kiçik dövlət müəssisəsindən 3-ü Sabunçu, 3-ü Suraxanı digərləri isə müvafiq olaraq Nəsimi və Pirallahıda yerləşir. 6 istifadəsiz qeyri yaşayış sahəsindən isə 4-ü Nərimanovda, qalanları isə müvafiq olaraq Sabunçu və Nəsimi rayonlarındadır.
Regionlarda da hərraclar keçirilib. Hərracın gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilib. Özəlləşdirilən 11 kiçik dövlət müəssisəsindən 3-ü Şəmkirdə, 2-si Sabirabadda qalanları isə müvafiq olaraq Sumqayıtda, Şəkidə, Daşkəsəndə, Salyanda, Zaqatalada və Ağsuda yerləşir. Bölgələrdə özəlləşdirlən qeyri yaşayış sahəsi isə Şirvan şəhərindədir.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























