Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 9 iyun 2017-ci il tarixli qərarına əsasən bir sıra kredit təşkilatlarının fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.
Palatadan KİV-ə verilən məlumata görə, bir il müddətində bank fəaliyyətinin həyata keçirilməməsi, iki hesabat tarixinə hesabatların təqdim olunmaması, təqvim ili ərzində təqdim etdiyi hesabatlarda azı iki dəfə təhrif olunmuş məlumatların daxil edilməsinin müəyyənləşdirilməsi və illik kənar auditin keçirilməməsi səbəbindən "Ağammədli", "Ağdaş", "Aqrovest", "Balıqçı", "Bənövşə", "Buta", "Fəqan", "Fidan", "Girdiman", "İnkişaf", "Meridian", "Mikrokredit", "Muxax", "Nihat", "Qarabağ-2010", "Şəmkir", "Şəmkir Aqro", "Zərqova", "Ziya"kredit ittifaqlarına və öz müraciətləri əsasında "A.F.S" və "KİV nümayəndələri" kredit ittifaqlarına verilmiş lisenziyalar ləğv edilib.
Həmçinin, fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılması barədə maliyyə bazarlarına nəzarət orqanının göstərişlərinə əməl olunmamasına görə "Norveç Mikrokredit" bank olmayan kredit təşkilatına kreditlərin verilməsi üçün lisenziya ləğv edilib.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























