Sədr: "Sınıq Körpü" təkmilləşdiriləcək

Sədr: "Sınıq Körpü" təkmilləşdiriləcək

Gürcüstan və Azərbaycan Avropa İttifaqının dəstəyi ilə "Sınıq Körpü" gömrük keçid məntəqəsinin təkmilləşdirilməsi üzərində işləyir.

Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev "Sputnik Georgia" agentliyinə müsahibəsində bildirib.

A.Əliyev qeyd edib ki, Avropa İttifaqı Gürcüstan ərazisində fitosanitar, baytarlıq və digər nəzarət tədbirləri üçün nəzərdə tutulmuş laboratoriyanın yaradılmasına dəstək verəcək.

DGK sədri əlavə edib ki, Azərbaycan ərazisində isə iri logistika mərkəzinin yaradılması planlaşdırılır: "Bu tədbirlər də Avropa İttifaqının dəstəyi, lakin Azərbaycan tərəfinin maliyyə imkanları nəzərə alınmaqla həyata keçiriləcək".

Qurum rəhbərinin sözlərinə görə, layihənin icrasına cari ilin mart ayından etibarən başlanılıb və ilin sonunda başa çatdırılacaq.

Azərbaycan tərəfi layihəyə 1,3 mln. dollar yatıracaq.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az