Ukrayna 2035-ci ilə qədər Rusiyanın "Qazprom" şirkətindən qaz almağı planlaşdırmadığını bildirib. "Report" "Kommersant" qəzetinə istinadən xəbər verir ki, müvafiq qərar Ukrayna Energetika Nazirliyinin 2035-ci ilə qədər ölkənin energetika strategiyasi layihəsində yer alıb. Layihədə Ukraynanın Rusiya qazından asılılığını tam aradan qaldırılması barədə qeyd olunub.
Xatırladaq ki, Ukrayna 2015-ci ildən Rusiya qazını almaqdan imtina edib və qaz alışını Avropadan təmin etməyə başlayıb. Yeni energetika strategiyasında Ukraynanın həmçinin 2019-cu ildən Rusiya qazının tranzitini dayandırması imkanları da yer alıb. Bununla yanşı, Ukrayna öz qaz hasilatını 2035-ci ilə qədər ildə 30-35 mlrd. kubmetrə çatdırmağı planlaşdırır. Hazırda Ukraynada qaz hasilatı ildə 15 mlrd. kubmetr təşkil edir.
Mediainfo.az
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































