Ölkədə əhalinin tibbi profilaktik müayinəsi başa çatdırılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əhalinin tibbi profilaktik müayinəsi 2017-ci ilin fevral ayının 15-də başlayıb, mayın 15-də bitib.
Hesabat dövründə 5 499 863 nəfər müayinə edilib, onlardan 2 640 119-u kişi, 2 859 744-ü qadındır. Bakı şəhəri üzrə 1 308329 nəfər tibbi profilaktik müayinələrdən keçib.
Respublika üzrə müayinədən keçirilmiş şəxslərdən 2 041 388 nəfər əlavə müayinələrə cəlb olunub, 68 427 nəfər dispanser nəzarətə alınıb, 27 059 nəfər hospitalizasiya olunub.
Müayinələr zamanı aşkar olunan ilkin xəstəliklər arasında üstünlüyü qan dövranı sistemi xəstəlikləri (17,2%), tənəffüs sistemi xəstəlikləri (16,8%), həzm sistemi xəstəlikləri (11,7%) təşkil edib.
Mediainfo.az
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































