Rusiyada XXI Sankt-Peterburq beynəlxalq İqtisadi Forumunun rəsmi açılışı keçirilib.
Apa-nın Rusiya bürosunun xəbərinə görə, forumu Sankt-Peterburqun qubernatoru Georgi Poltavçenko açıb. Qonaqları salamlayan qubernator Sankt-Peterburq beynəlxalq İqtisadi Forumunun tarixi haqqında məlumat verib. O, sayca XXI olan forumda müzakirə olunacaq məsələlərdən danışıb.
Açılış mərasiminin moderatoru tanınmış jurnalist Sergey Brilyov olub. Açılış mərasimində BMT baş katibi Antonio Qutyerres, Serbiyanın keçmiş xarici işlər naziri, hazırda baş nazir vəzifəsini icra edən İvitsa Daçiç, Monqolustanın baş naziri Jarqaltulqın Erdenabat iştirak ediblər.
Açılış mərasimində Azərbaycanı Sankt-Peterburqdakı baş konsul Sultan Məmmədov təmsil edib.
Mediainfo.az
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































