Bu ilin yanvar-aprel aylarında Azərbaycandan xaricə 7 594,13 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içki ixrac edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) "Report"a verilən məlumata görə, bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 1 848,43 min dollar və yaxud 32,17% çoxdur.
Hesabat dövründə spirtli və spirtsiz içkilərin ixracı ümumi ixracın 0,22%-ni təşkil edib.
Cari ilin ilk 4 ayı ərzində Azərbaycana idxal edilmiş spirtli və spirtsiz içkilərin dəyəri isə 16 715,17 min dollar olub. Bu da bir il əvvələ nisbətən 6 318,18 min dollar və yaxud 60,77% çoxdur.
Bu məhsulların idxalı ölkənin ümumi idxalında 0,77%-lik paya malik olub.
Mediainfo.az
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































