İran Rusiyaya ərzaq məhsullarının ixracını artırıb.
Apa-nın Tehran bürosunun məlumatına görə, İranın Ərzaq məhsulları istehsalçıları korporasiyasının İdarə Heyətinin sədri Mehdi Təfərrüşi bildirib ki, razılığa əsasən İrandan Rusiyaya ərzaq məhsulları ixracının həcmi iki dəfə artırılaraq 4 milyard dollara çatdırılacaq.
Hökumət tərəfindən ərzaq məhsulları ixracatçıları üçün bir sıra güzəşt tətbiq edildiyini deyən M. Təfərrüşi bildirib ki, onlardan biri gömrük rüsumlarının dəyişdirilməsidir: "Hökumət hazırda bu istiqamətdə iş aparır. Qonşu ölkələrlə gömrük rüsumlarının azaldılması nəzərdə tutulur".
O qeyd edib ki, müvafiq addım İranın qonşu ölkələrin, o cümlədən Azərbaycanın bazarında rəqabət imkanlarının genişlənməsinə hesablanıb. "Biz hazırda Azərbaycana məhsulları ixrac edirik. İxrac həcmini artırmaq və Türkiyə kimi ölkələrlə rəqabət aparmaq istəyirik".
Qeyd edək ki, Tehranda 24-cü "İran Agro Food" sərgisi keçirilir. Sərgi bu gün başa çatacaq.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























