ABŞ prezidentinin administrasiyası büdcənin azaldılması ilə bağlı Konqresə tövsiyələrini açıqlayıb.
Apa-nın "Massis Post" nəşrinə istinadən verdiyi məlumata görə, tövsiyələrdə qeyd olunur ki, 2018-ci ildə ABŞ-ın Azərbaycana maliyyə yardımı 90 faiz azaldılaraq 1 milyon dollar təşkil etməlidir.
Ermənistana gəldikdə isə azalma 67 faizdir. Yəni, ABŞ-ın bu ölkəyə maliyyə yardımı 20,4 milyon deyil, 6,7 milyon dollar təşkil edəcək.
Tramp administrasiyası Gürcüstan və Ukraynaya nəzərdə tutulan maliyyə yardımının azaldılmasında da israrlıdır. Müvafiq tövsiyələrdə Gürcüstana maliyyə yardımın 58 faiz, Ukraynaya isə 70 faiz azaldılması məqsədəuyğun sayılıb.
Mediainfo.az
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































