Cari ilin aprel ayında Gürcüstan 146,5 mln. kVt/saat elektrik enerjisi idxal edib ki, bu da ötən ilin analoji ayı (23,9 mln. kVt/saat) ilə müqayisədə 6 dəfə çoxdur.
Apa Gürcüstanın Statistika İdarəsinə istinadən xəbər verir ki, ötən ay Gürcüstan Azərbaycandan 88,23 mln. kVt/saat, Ermənistandan 40,46 kVt/saat, Rusiyadan isə 17,6 mln. kVt/saat həcmində elektrik enerjisi alıb.
İdxalın 52%-i baza elektrik enerjisinin, 48%-i isə yerli hidroelektrik stansiyalarının payına düşüb.
İdxalın kəskin artımının səbəblərindən biri qış mövsümünün sərt keçməsidir: "Qış mövsümündə qaz istehlakının artması enerji balansına da təsir edib". Bununla yanaşı, Gürcüstanın ən iri elektrik stansiya olan İnquri hidroelektrik enerjisi stansiyasının təmirə dayanması da idxalın həcmini kəskin artırıb. Bundan başqa, son dövrlər Zestafoni ferroərintilər zavodu istehsal gücünü kəskin artırıb ki, bu da elektrik enerjisinə tələbatın artmasına səbəb olub.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























