Dünya bazarında neftin qiyməti 2040-cı ilədək 141 dollar/barelə qədər yüksələ bilər.
Bu ehtimal ABŞ Energetika Nazirliyinin energetika bazarları ilə bağlı yenilənmiş proqnozunda əks olunub.
Hesabatda bildirilir ki, neftə olan tələbat ən az Avropa və Avrasiya regionundakı ölkələrdə və Rusiyada artacaq. 2040-cı il üçün bu ölkələrdə tələbat 14% yüksələcək. Buna səbəb kimi adı çəkilən regionlarda əhalinin sayının azalması və enerji effektivliyinin artması amilləri göstərilir.
"Bloomberg" agentliyinin əməkdaşı Layem Deninq (Liam Denning) hesab edir ki, 2012-ci illə müqayisədə 2040-cı ildə neftə gündəlik tələbat 31 mln. barel artacaq. Onun fikrincə, aylıq neft hasilatı dünyada 2015-ci ildən etibarən 1 mln. barel artım göstərəcək və OPEK üçün 2040-cı ilə 47 mln. barel/gün təşkil edəcək.
Mediainfo.az
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































