Azərbaycandan Aİ-yə ixrac edilən yeyinti məhsulları üçün isə keyfiyyət sertifikatı tələb edilməyəcək
Sabahdan alkoqollu içkilərin, tütün məmulatlarının idxalı, tranziti və ixracı zamanı lisenziya, o cümlədən Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsulları üçün keyfiyyət sertifikatı tələb edilməyəcək
APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları"nda etdiyi dəyişiklikdə əksini tapıb.
Aprelində 12-də dərc edilən qərar 30 gün sonra, mayın 12-də qüvvəyə minir.
"Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları"na əsasən Azərbaycanın gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barədə məlumatlar gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilir. İndiyə qədər gömrük ərazisində məcburi sertifikatlaşdırılmalı olan mallar gömrük ərazisinə idxal edildikdə, uyğunluq sertifikatı, yeyinti məhsulları Avropa İttifaqı ölkələrinə ixrac edildikdə, keyfiyyət sertifikatı təqdim edilməsi tələb olunub. Dəyişikliyə əsasən bu sertifikatlar tələb edilən sənədlər sırasından çıxarılıb. Bitki və bitkiçilik məhsulları ixrac edildikdə fitosanitar sertifikatı da tələb olunmayacaq. İndiyə qədər etil (yeyinti) spirtinin və alkoqollu içkilərin, tütün məmulatlarının, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı və ya prekursorların idxalı, tranziti və ixracı zamanı xüsusi razılıq sənədi (lisenziya) tələb olunub. Dəyişikliyə əsasən sabahdan yalnız bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı və ya prekursorların idxalı, tranziti və ixracı zamanı lisenziya tələb olunacaq.
Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.
Mediainfo.az
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































