"Yay aylarında İranın əlavə həcmdə elektrik enerjisinə tələbatı yaranarsa, əldə olunmuş razılaşmaya əsasən Azərbaycan bu tələbatı müəyyən miqdarda ödəyəcək". Bunu Apa -nın Tehran müxbirinə eksklüziv açıqlamasında İranın energetika naziri Həmid Çitçiyan deyib.
Onun sözlərinə görə, İranın elektrik enerjisinə tələbatı əsasən yay aylarında artır: "Əldə etdiyimiz razılığa əsasən, İranın elektrik enerjisinə tələbatı yarandığı halda, Azərbaycandan idxal hesabına bu tələbatın bir qismi ödəniləcək. Azərbaycan tərəfi bununla bağlı bizə müsbət cavab verib. İranda əsasən yay aylarında elektrik enerjisinə tələbat artır. Söhbət 130 meqavat həcmində olan elektrik enerjisindən gedir. Elektrik enerjisi mübadiləsi üçün zəruri infrastruktur yaradılıb".
Qeyd edək ki, iki ölkənin elektrik enerjisi xətləri 2016-cı ilin avqust ayında İran prezidenti Həsən Ruhaninin Bakıya səfəri zamanı birləşdirilib.
Mediainfo.az
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































