Tiflisdə Gürcüstan-Türkiyə biznes forumu işə başlayıb. Apa-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir Gürcüstan İş Adamları Assosiasiyası və Türkiyənin Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.
Forumu səfir Zeki Levent Gümrükçü açaraq Gürcüstan və Türkiyənin iş adamlarının birgə əməkdaşlığının əhəmiyyətindən və hər iki ölkə arasında biznes mühitinin inkişaf perspektivlərindən danışıb. Sonra Gürcüstan Kənd Təsərrüfatı Nazirinin müavini Qela Xanişvili və türk iş adamları çıxış ediblər. Tədbirdə qeyd olunub ki, Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Qars və digər beynəlxalq layihələr regionun inkişafı üçün böyük əhəmiyyət kəsb edir.
Biznes forumda Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin tikintisi və tezliklə istismara verilməsi xüsusi müzakirə mövzusu olub. Tədbirdə Azərbaycan, Türkiyə və Gürcüstanın həyata keçirdiyi ikitərəfli və üçtərəfli layihələrin hər üç ölkənin münasibətlərinə mühüm təsir etdiyi bildirilib.
Forumda iki ölkə arasında iqtisadiyyatın bütün sahələrində əməkdaşlıq və azad ticarət rejimi müzakirə olunub.
Tədbirdə Gürcüstana Türkiyə investisiyasının yatırılması ilə bağlı biznesin inkişafı məsələləri əsas müzakirə obyekti olub. Forumda Gürcüstana yatırılan investisiyaya görə Türkiyənin ən aparıcı ölkələrdən biri olduğu bildirilib.
Tədbirdə Gürcüstan İş Adamları Assosiasiyasının üzvləri, beynəlxalq təşkilatların nümayəndələri, türk iş adamları, Azərbaycan şirkətlərinin rəhbərləri və diplomatik korpus nümayəndələri qatılıblar.
Mediainfo.az
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































