Rusiya Azərbaycana yeni metro vaqonları təklif etməyə hazırlaşır

Rusiya Azərbaycana yeni metro vaqonları təklif etməyə hazırlaşır

Rusiyanın iri nəqliyyat maşınqayırması şirkəti olan "Transmaşholdinq" (TMH) Azərbaycana yeni sərnişin vaqonlarının tədarükünü həyata keçirmək niyyətindədir.

Bunu "Report"a açıqlamasında şirkətin marketinq bölməsinin əməkdaşı Aleksandr Tarasov bildirib.

"Əldə etdiyimiz məlumata görə, "Bakı Metropoliteni" QSC vaqon parkını yeniləməyə hazırlaşır. Biz də bu qurumun elan edəcəyi tender və ya müsabiqədə iştirak edəcəyik", - deyə o, əlavə edib.

Xatırladaq ki, hazırda Bakı metrosunda "Transmaşholdinq" və Fransanın "Alstom" şirkətinin birgə işləyib hazırladığı üç vaqon cütü istismar edilir. Metro qatarları 81-760/761 modeli əsasında istehsal edilib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az