"Bu gün Çernobıl faciəsinin ildönümüdür. Hadisədən 31 il keçir. Bu müddət ərzində həmin faciənin nəticələrinin aradan qaldırılmasında iştirak edərək əlil olmuş şəxslərin sosial müdafiəsi ilə bağlı Azərbaycanda böyük işlər görülüb, tədbirlər həyata keçirilib".
Apa-nın xəbərinə görə, bu sözləri əmək və əhalinin sosial müdafiəsi nazir Səlim Müslümov deyib. O bildirib ki, Azərbaycanda bu gün 4577 Çernobıl əlili qeydiyyatdadır: "Onlar müvafiq pensiyalar, müavnətlər alırlar. Hər birinə ildə 215 manat birdəfəlik əlavə vəsait göndərilir. Onlardan 160 nəfərinə minik avtomobili verilib, 185 nəfəri evlə təmin olunub. Hər il Çernobıl faciəsi günü Çernobıl Əlilləri İttifaqının təqdim etdiyi siyahı üzrə 500 nəfərə yaxın əlilə müvafiq yardım edilir. Bu il də bu edilib. Onların problemi daim diqqətidir. Biz ittifaqla six çalışırıq. Düşünürəm ki, bu addımlar effekt verir".
Mediainfo.az
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































