"İşsizlik sığortası ilə bağlı qanun layihəsi ölkə prezidenti tərəfindən Milli Məclisə göndərilib". Apa xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
Nazirin sözlərinə görə, Milli Məclisin yaz sessiyasının 1-ci oxunuşda bu məsələyə baxıla bilər: "Çünki biz Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə ilə bu barədə artıq danışmışıq. Mayın sonu - iyunun əvvəlində bu məsələləri Milli Məclisdə ilk oxunuşa çıxarılması nəzərdə tutulub. İkinci və üçüncü oxunuşlar Milli Məclisin payız sessiyasında baş tuta bilər. Çünki qanun layihəsinin qüvvəyə minməsi kimi 1 yanvar 2018-ci il tarixi göstərilib. Müəssisənin ləğvi ilə bağlı işçilərin işdən azad olunması, ixtisarı ilə bağlı məsələləri var. Bu halda Əmək Məcəlləsinin 72, 79 və 70-ci maddələri arasında bağlılıq və ya ziddiyyətlərin həmin qanunla tənzimlənməsi nəzərdə tutulur. Bütün bu məsələlərin müvafiq kontekstdə yəni həm işəgötürənlərin, həm dövlət orqanlarının, həm də həmkarlar ittifaqlarının baxış bucağından müzakirə edilərək ümumi fikrə gəlinməsi nəzərdə tutulur".
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























