Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Abşeron" yatağında hasilat 2019-cu ilin sonunda və ya 2020-ci ilin əvvəlində başlaya bilər. apa xəbər verir ki, bunu SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyov bildirib.
"Düşünürəm ki, "Abşeron" yatağından ilk qazın hasilatı 2019-cu ilin sonunda - 2020-ci ilin əvvəlində başlaya bilər. Bu, optimal müddətdir. Bununla belə, 2019-cu il ən real müddət sayıla bilər. Çünki yatağın operatoru olan Fransanın "Total" şirkəti hasilatın ilk mərhələsində artıq SOCAR-ın mövcud olan infrastrukturundan istifadə edəcək", - deyə V.Bəylərbəyov qeyd edib.
O əlavə edib ki, hasilatın başlanılacağı müddətədək həyata keçirilməsi lazım olan infrastruktur işləri o qədər də böyük deyil: "Biz sadəcə ehtiyatlanaraq 2020-ci ili fokusda saxlayarıq".
Onun sözlərinə görə, perspektivdə "Abşeron" yatağından hasil olunan qaz Bakının Qaradağ rayonunda inşa ediləcək yeni neft-qaz emalı kompleksinə yönəldilə bilər: "Burada maye fraksiyaları emal olunaraq ayrılacaq, qazın özü isə daha sonra ixraca göndərilə bilər".
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























