Rusiya bu ilin aprel ayında gündəlik neft hasilatını oktyabr ayına nisbətən 250 min barel azaldıb.
RİA "Novosti" xəbər verir ki, bu barədə energetika naziri Aleksandr Novak jurnalistlərə bildirib.
"Bu günə neft hasilatının azaldılması göstəricisini gündəlik 250 min barelə çatdırmışıq. Plana uyğun olaraq, aprelin sonuna azalmanı 300 min barelə çatdırmalıyıq",- deyə nazir əlavə edib.
Qeyd edək ki, 2016-cı il oktyabrın 30-da OPEC ölkələri gündəlik hasilatın oktaybr ayı səviyyəsindən 1,2 mln. barel azaldılması barədə razılığa gəlib. Dekabrın 10-da isə OPEC-ə üzv olmayan 11 ölkə hasilatını 558 min barel azaltmaq barədə razılaşıb. Razılığa əsasən, Rusiya gündəlik hasilatını 300 min barel azaldacaq. Razılıq 2017-ci ilin I yarısında uzadılmanın mümkünlüyü ilə əldə edilib.
Mediainfo.az
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































