Azərbaycanda mərkəzləşdirilmiş Kiçik və Orta Sahibkarlıq Agentliyi yaradıla bilər

Azərbaycanda mərkəzləşdirilmiş Kiçik və Orta Sahibkarlıq Agentliyi yaradıla bilər

Azərbaycanda mərkəzləşdirilmiş Kiçik və Orta Sahibkarlıq Agentliyinin yaradılması ilə bağlı müzakirələr aparılır. "APA-Economics" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirib.

Onun sözlərinə görə, müvafiq qurumlar tərəfindən agentliyin yaradılması istiqamətində tədbirlər görülür: "Agentliyin yaradılması üçün xarici ekspertlərin iştirakı ilə araşdırmalar aparılır. Almaniya, Cənubi Koreya və Türkiyə modelləri mövcuddur. Agentlik fəaliyyətə başlamaqla kiçik və orta sahibkarlıq sahəsində institusional baxımdan dövlət siyasətinin daha da təkmilləşdirilməsi təmin edəcək. Hazırda müvafiq dövlət qurumları agentliyin yaradılması istiqamətində tədbirlər görür. Belə institusional strukturun yaradılması kiçik və orta sahibkarlıq sahəsində dövlət siyasətinin təkmilləşdirilməsinə və dövlət xərclərinin azalmasına xidmət edəcək".

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az