Azərbaycan ABŞ-dan 1 milyard dollarlıq sərnişin təyyarələri alır

Azərbaycan ABŞ-dan 1 milyard dollarlıq sərnişin təyyarələri alır

Azərbaycan ABŞ-dan 1 milyard dollarlıq sərnişin təyyarələri alır.

Bununla bağlı "Silk Way Airlines" və "Boeing" korporasiyası 10 Boeing-737 MAX təyyarəsinin alınmasına dair müqavilə imzalayıb.

Müqavilənin ümumi məbləği təxminən 1 milyard ABŞ dolları təşkil edir. Məlumata görə, ABŞ-ın İxrac-idxal bankı (Ex-Imbank) ilə ilkin müzakirələr əsasında Azərbaycanın mülki aviasiyası tarixində ilk dəfə olaraq hava gəmilərinin alınmasına dair sazişin maliyyələşdirilməsi dövlət zəmanətləri olmadan həyata keçiriləcək.

Qeyd edək ki, Azərbaycana müasir Boeing-737 MAX hava gəmilərinin gətirilməsinə dair razılaşma ötən ilin yayında Böyük Britaniyada "Farnborough Airshow - 2016" Beynəlxalq aerokosmik salonu çərçivəsində əldə edilib. İlk iki yeni nəsil təyyarə Azərbaycana 2018-ci ilin sonuna kimi, qalanları isə 2020-ci ilin sonuna kimi gətiriləcək.

Azərbaycanın "Boeing" istehsalı olan 10 yeni və müasir təyyarə alacağı bildirilir. Bu təyyarələr 189 sərnişin üçün nəzərdə tutulub.

Hazırda, təyyarələr Sietldə (Vaşinqton ştatı, ABŞ) test sınaqlarından keçirilir.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az