Milli Məclisin iclasında bir sıra qanunlara uyğunlaşdırıcı düzəlişlər edilib.
Apa-nın xəbərinə görə, layihələr barədə məlumat verən Hüquq siaysəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, layihələrə edilən düzəlişlər bir müddət əvvəl qanunvericiliyə akkreditasiya ilə bağlı edilən düzəlişə uyğunlaşdırma ilə bağlıdır.
"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi, "Qiymətli kağızlar bazarı haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Geodeziya və kartoqrafiya haqqında", "Hidrometeorologiya fəaliyyəti haqqında", "Enerji resurslarından istifadə haqqında", "İstehsalat və məişət tullantıları haqqında", "Qaz təchizatı haqqında", "Xidməti və mülki silah haqqında", "Yanğın təhlükəsizliyi haqqında", "Dərman vasitələri haqqında", "Fitosanitar nəzarəti haqqında", "Ekoloji təmiz kənd təsərrüfatı haqqında", "Çayçılıq haqqında", "Üzümçülük və şərabçılıq haqqında", "Taxıl haqqında", "Yeyinti məhsulları haqqında" , "Toxumçuluq haqqında", "Telekommunikasiya haqqında", "Avtomobil yolları haqqında", "Texniki təhlükəsizlik haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Standartlaşma haqqında" , "Qiymətli metallar və qiymətli daşlar haqqında", "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" , "Dövlət rüsumu haqqında", "Reklam haqqında" qanunlara və Şəhərsalma və Tikinti Məcəlləsinə qeyd olunan düzəlişlər ardıcıl olaraq səsə qoyularaq qəbul olunub.
Mediainfo.az
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































