ABŞ prezidentinin açıqlaması dolları iki həftəlik minimumadək ucuzlaşdırıb
"ABŞ dolları həddən artıq güclənməkdədir və bu proses nəticə etibarilə iqtisadiyyatımıza ciddi zərər verə bilər". "APA-Economics" xəbər verir ki, bunu "Wall Street Journal" nəşrinə müsahibəsində ABŞ prezidenti Donald Tramp bildirib.
Onun sözlərinə görə, Federal Ehtiyat Sistemi (FES) tərəfindən uçot dərəcəsinin endirilməsi daha məqbuldur. "Hesab edirəm ki, dollar həddən artıq güclənməkdədir. Burada mənim günahım da var, çünki insanlar mənə etimad göstərir. Lakin bir şeyi bilməliyik ki, bu proses iqtisadiyyatımıza ciddi zərər verir. Güclü dollarla rəqabət aparmaq çox çətindir. Çünki başqa ölkələr öz valyutalarını devalvasiyaya uğradır", - deyə o bildirib.
Maraqlıdır ki, seçkiqabağı kampaniyası zamanı səsləndirdiyi fikirlərin əksinə olaraq D. Tramp bildirib ki, onun rəhbərlik etdiyi administrasiya Çini valyuta manipulyatoru adlandırmayacaq. "Onlar (Çin - red.) valyuta manipulyatoru deyillər", - deyə prezident qeyd edib.
FES rəhbəri Canet Yellenin fəaliyyətinə toxunan D. Tramp bildirib ki, ona dərin hörmət bəsləyir: "Onun səlahiyyət müddəti 2018-ci ilin əvvəlində başa çatır, lakin bu, onun sonu deyil".
Xatırladaq ki, D. Tramp seçkiqabağı kampaniya çərçivəsində FES rəhbərinin fəaliyyətini ciddi tənqid edirdi. Kampaniya çərçivəsində çıxışlarının birində D. Tramp bildirib ki, məhz C. Yellen bilərəkdən uçot dərəcələrini ən aşağı səviyyədə saxlayır.
Ölkə başçısının açıqlamaları dolları ucuzlaşdırıb, eyni zamanda ABŞ səhmlərinin və dövlət istiqrazlarının gəlirliliyinə mənfi təsir edib. Belə ki, dolların indeksi (dolların altı əsas valyutadan ibarət səbətə nisbətən dinamikası - red.) 0,7% zəifləyərək 100,040 bənd səviyyəsinə enib ki, bu da iki həftəlik minimumdur.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























