Avropa seriyasının dördüncü əsginası olan yeni 50 avroluq əsginas bu gün dövriyyəyə buraxılıb.
Bu barədə Avropa Mərkəzi Bankı məlumat yayıb.
Avro hiyləgərliyinə qarşı daha güclü müqavimət göstərmək üçün belə bir addım atıldığı bildirilən açıqlamada yeni 50 avroluq əsginasda ilk dəfə olaraq 20 avroluq əsginasda istifadə edilən yeni və innovativ "portret pəncərəsi" texnologiyasından istifadə olunub. Əsginasın işığa tutulduqda holoqramın üst hissəsindəki pəncərənin şəffaf hala gəldiyi və yunan mifologiyasında bir fiqur olan "Europe"nin portretinin kağız pulun iki tərəfindən göründüyü bildirilib.
Qeyd edilib ki, bazarda 9 milyard ədəddən çox 50 avroluq əsginas var və bu, bütün avro əsginaslarının 46 faizini təşkil edir. Yeni və köhnə 50 avroluq əsginaslar eyni vaxtda istifadə edilməyə davam edəcək və daha sonra isə köhnələri tədricən dövriyyədən çıxarılacaq.
Bildirilib ki, 2019-ci ilin əvvəlindən isə yeni 100 və 200 avroluq əsginaslardan bazarda istifadə olunmağa başlanılacaq. (azərtac)
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























