Azərbaycan Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında qiymət artımı tənqid olunub.
Apa-nın məlumatına görə, deputat Araz Əlizadə bildirib ki, ölkədə qiymətlər ildə iki dəfə 20-25 faiz artır: "Bu, artıq ənənəvi hal alıb. Bahalaşma xüsusilə ərzaq və dərmanların qiymətlərində müşahidə olunur".
Deputat bunun ciddi narahatlıq yaratdığını deyib: "Cənab prezident ildə iki dəfə maaşların artırılması barədə qərar verir. Bununla bərabər isə ölkədə bəziləri tərəfindən qiymətlər müvafiq olaraq dərhal 20-25 faiz artırılır, bununla da atılan addımın əhəmiyyətini itirirlər. Belə hara gedirik? Deyim var ki, "Bir kərə qalxan bayraq bir daha enməz", təəssüf ki, bizdə qalxan qiymətlər də enmir, əksinə, getdikcə qalxır".
Mediainfo.az
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































