Şəkidə 15 ölkə nümayəndəsinin iştirakı ilə "İqlim dəyişiklikləri və kimyəvi reagentlər: İpəkçilikdə yeni axtarışlar" mövzusunda 8-ci beynəlxalq konfrans keçirilir.
Apa-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, tədbir Azərbaycan Milli Elmlər Akademiyası və Qara Dəniz, Xəzər Dənizi və Mərkəzi Asiya ölkələrinin ipəkçilik assosiasiyalarının təşkilatçılığı ilə keçirilən konfransda 15 ölkənin ipəkçilik və baramaçılıq üzrə 50-dən çox mütəxəssisi iştirak edir.
Konfransda regionda ipəkçiliyin inkişaf perspektivləri, xüsusən "İqlim dəyişikliklərinin Avropa, Qafqaz və Mərkəzi Asiya ipəkçiliyinə təsiri", "Azərbaycanda ipəkçiliyin inkişafına innovasiyalı yanaşma", "İpəkqurdu febrinin kontur vasitəsilə izotermik qüvvətləndirilməsi", "İpəkqurdu məhsuldarlığına və barama keyfiyyətinə bioloji aktiv əlavələrin təsiri" mövzularında müzakirələr aparılacaq, təcrübə mübadilələri keçiriləcək.
Konfrans çərçivəsində iştirakçılar Şəki şəhəri ilə yanaşı, bölgə rayonlarında ipəkçilik sahəsində həyata keçirilən layihələrlə tanış olacaq, tarixi məkanlara baş çəkəcəklər.
Mediainfo.az
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































