Fəlakətlərə Cavab Tədbirləri üzrə Təlim - Aİ MOLDEX 2017 – Qərarvermə prosesi (1-ci hissə)

Fəlakətlərə Cavab Tədbirləri üzrə Təlim - Aİ MOLDEX 2017 – Qərarvermə prosesi (1-ci hissə)

Təbii fəlakətlər istənilən yerdə, istənilən vaxt baş verə bilər. Hətta yaxşı hazırlıqlı ölkələrin xilasetmə xidmətləri belə, bu cür vəziyyətlərin öhdəsindən gələ bilməyə və digər ölkələrə yardım üçün müraciət edə bilərlər. Bu baxımdan, Avropa İttifaqı fəlakətlərə beynəlxalq cavab tədbirlərinin asanlaşdırılması üçün mexanizm hazırlamışdır.

Mediainfo.az xəbər verir ki, 28-29 mart 2017-ci il tarixlərində bu mexanizm Şərq Tərəfdaşlığına qoşulmuş altı tərəfdaş ölkədə, Aİ-yə üzv üç ölkədə və Aİ Mülki Müdafiə Mexanizminin Fövqəladə Hallara Cavab Tədbirlərinin Əlaqələndirmə Mərkəzində eyni anda keçirilmiş qərarvermə üzrə təlimdə sınaqdan keçirildi. Beynəlxalq xilasetmə komandalarının fəlakət zonasına gəlişi xəbərlərdə tez-tez işıqlandırılır. Lakin komandaların fəlakət zonasına göndərilməsindən öncə aparılan gərgin beynəlxalq koordinasiya, məlumat mübadiləsi və paytaxtlarda baş tutan qərarvermə prosesi xəbər proqramlarında heç zaman işıqlandırılmır. Aİ MOLDEX 2017 adlandırılan beynəlxalq təlimin 1-ci hissəsi kimi həmin qərarvermə prosesi 28-29 mart 2017-ci il tarixlərində keçirilən masaüstü təlimdə sınaqdan keçirildi. Təlimin başlanğıcı kimi Moldovada zəlzələ baş verdiyi barədə xəbərdarlıq siqnalı verildi. Moldovanın Mülki Müdafiə və Fövqəladə Hallar Xidməti qərara gəldi ki, beynəlxalq yardıma ehtiyac var və Böhranların İdarəedilməsi Mərkəzi Aİ-nin Brusseldə yerləşən Fövqəladə Hallara Cavab Tədbirlərinin Əlaqələndirmə Mərkəzinə yardım üçün müraciət göndərdi. Brussel dərhal təlimdə iştirak edən ölkələrin – Ermənistan, Azərbaycan, Belarus, Çexiya, Danimarka, Gürcüstan, Rumıniya və Ukraynanın paytaxtları ilə əlaqə yaratdı. Bu ölkələrin hər birində qərarverici şəxslər böhranların idarəedilməsi üzrə milli mərkəzlərdə toplaşdı və yardım üçün müraciəti nəzərdən keçirdi. Yardım üzrə bir sıra təkliflər verildi. Təkliflər Brusseldən koordinasiya olunurdu. Moldova hansı təklifi qəbul edəcəyinə qərar verdi və təklif göndərən ölkələr və Moldova arasında yardım qəbul edən ölkənin göstərəcəyi dəstək məsələləri müzakirə olundu. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Baş Əməliyyat İdarəsinin rəis müavini, PPRD East 2 Proqramının İdarəetmə Komitəsinin üzvü polkovnik Səmədağa Səmədov bildirdi: "Azərbaycanın xilasetmə xidmətləri ehtiyacı olan ölkələrə yardım etməyə hazırdır, lakin bu təlim xilasetmə komandalarının digər ölkələrə göndərilməsindən öncə səmərəli koordinasiyaya ehtiyacın olduğunu nümayiş etdirdi. Qərarvermə prosedurlarını sınaqdan keçirmək və məşq etmək üçün Aİ-nin yaratdığı bu imkanı yüksək qiymətləndiririk. Aİ MOLDEX 2017 təliminin 2017-ci ilin sentyabr ayında keçiriləcək ikinci hissəsində Tərəfdaş Ölkələr – Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan və Ukrayna Moldovaya yardım göstərəcək. Aİ-yə üzv üç ölkənin – Çexiya Respublikası, Danimarka və Rumıniyanın komandaları da onlara qoşulacaq. Əlavə Məlumat Təbii və Texnogen xarakterli Fəlakətlərin Qarşısının alınması, Hazırlıq və Cavab tədbirləri üzrə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Proqram (PPRD East 2) Şərq Tərəfdaşlığı ölkələrində sülh, sabitlik, təhlükəsizlik və firavanlığa töhfə verir. Proqram eləcə də ölkələrin təbii və texnogen xarakterli fəlakətlərə dayanıqlığını, hazırlığını və cavab tədbirlərini gücləndirməklə regionun ətraf mühitini, əhalisini, mədəni irsini, resurslarını və infrastrukturunu qorumağı hədəfləyir. PPRD East 2 Proqramı Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynada fəlakət risklərinin idarəedilməsi imkanlarının milli səviyyədə gücləndirilməsinə də yardım edir, Tərəfdaş Ölkələr arasında regional əməkdaşlığı gücləndirməyi hədəfləyir və Tərəşdaş Ölkələri Aİ-nin Mülki Müdafiə Mexanizminə yaxınlaşdırır. 5.5 milyon avro büdcəsi olan Proqramın 4 il davam edəcəyi nəzərdə tutulmuşdur.

Mediainfo.az


Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az