Mediainfo.az xəbər verir ki, Bakı Şopinq Festivalının təşkilatçısı Azərbaycan Konqreslər Bürosu Festivalda iştirak etməkdə maraqlı olan biznes qurumlarının nümayəndələrini martın 31-i saat 12:00-da JW Marriott Absheron Bakı otelinin Xocasən zalında baş tutacaq təqdimata dəvət edir.
Təqdimatın məqsədi özəl sektorun nümayəndələrini Bakı Şopinq Festivalı kimi əhəmiyyətli və uzunmüddətli layihədə iştirakın iqtisadi xeyirləri barədə məlumatlandırmaqdır.
Tədbir zamanı iştirakçılara Festivala qoşulmağın qayda və şərtləri haqda, həmçinin sahibkarlıq obyektlərin qeydiyyat prosesi barədə ətraflı məlumat veriləcək.
Otel restoran, mağaza və digər sahələr də daxil olmaqla pərakəndə satış və xidmət sahəsindən olan hər bir biznes qurumlarını tədbirdə iştirak edə bilər. Sahibkarlar, rəhbər işçilər, satış rəhbərləri və marketinq menecerlərin tədbirdə iştirakı arzu olunandır.
Tədbirdə iştirak etmək üçün (055) 241 41 08 və (055) 253 63 08 nömrələrinə və [email protected] email ünvanına müraciət edə bilərsiniz.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























