Həştərxanda Azərbaycan Biznes Mərkəzi açılacaq

Həştərxanda Azərbaycan Biznes Mərkəzi açılacaq

Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin "Azərbaycan sosial-iqtisadi və mədəni əməkdaşlığı təşviq Mərkəzi"nin Həştərxan regional ictimai təşkilatının idarə heyətinin sədri Ədalət Hüseynova III dərəcəli "Şərəf və Şöhrət" ordeni təqdim edib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, Ə.Hüseynov çoxillik məhsuldar ictimai fəaliyyət nəticəsində əldə olunmuş nailiyyətlərə və Həştərxan vilayəti ilə Azərbaycan arasında beynəlxalq əməkdaşlığın inkişafına və millətlərarası dostluğun möhkəmlənməsinə veridiyi böyük töhfələrə görə mükafatlandırılıb.

Ə.Hüseynov bu mükafatın onun üçün əhəmiyyətli olduğunu deyib. O bildirib ki, Həştərxan vilayətinin 300 illiyinin qeyd edilməsi çərçivəsində bir sıra layihələr planlaşdırılır və onlardan biri də Həştərxanda Azərbaycan Biznes Mərkəzinin açılmasıdır. Onun sözlərinə görə, layihə üzrə tikinti işləri uğurla davam etdirilir, layihənin layiqli şəkildə həyata keçirilməsi üçün mümkün olan hər şey edilir.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az