SOCAR yeddi neft tankeri alıb

SOCAR yeddi neft tankeri alıb

SOCAR ötən ay öz donanmasına 7 ədəd neft tankeri əlavə edib.

apa "Reuters" agentliyinə istinadən xəbər verir ki, şirkət Aralıq və Xəzər dənizlərində özünün nəqliyyat potensialını genişləndirmək niyyətindədir.

SOCAR-ın törəmə müəssisəsi olan "SOCAR Trading SA" şirkətinin baş icraçı direktoru Arzu Əzimov bildirib ki, tankerlərin əldə olunması şirkətin bazar payı uğrunda apardığı strategiyanın bir hissəsidir: "Logistika üzərində nəzarət ticarət strategiyasının həyata keçirilməsi zamanı üstünlüklər verir".

Ötən ay bağlanan razılaşmaya əsasən SOCAR 2 ədəd 120 min ton tutumu olan "Suetsmaks" və 5 ədəd 80 min tutumlu "Aframaks" sinifli tanker əldə edib.
A.Əzimov bildirib ki, SOCAR 7 gəmini Türkiyədən əldə edib. O, razılaşmanın dəyərini açıqlamayıb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.13

2026.09.12

2026.09.11

2026.09.10

2026.09.09

2026.09.08

2026.09.07

Tuğba Ekinci saxlanıldı Tuğba Ekinci saxlanıldı 7 Sentyabr 14:45
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az