Vergilər naziri Fazil Məmmədov "MasterCard" ödəniş sistemini xidmət haqlarını azaltmağa çağırıb.
Azərbaycanda Amerika Tticarət Palatası ("AmCham-Azerbaijan") və Vergilər Nazirliyinin birgə təşkil etdiyi "Şəffaflığa doğru birlikdə" mövzusunda keçirilən vergi konfransında nazir adıçəkilən şirkətin nümayəndəsinin vergi yükünün çox olması ilə bağlı iradına cavab olaraq qeyd edib ki, "MasterCard"ın bəzi xidmətlərə tətbiq etdiyi faiz dərəcələri vəzi vergi dərəcələrindən yüksəkdir. "Bu şikrət iddia edir ki, vergi dərəcələri yüksəkdir, vergi yükü çoxdur. Lakin heç kəsə sirr deyil ki, "MasterCard"ın bəzi xidmətlərə tətbiq etdiyi faiz dərəcələri vergi dərəcələrindən yüksəkdir. Məsələyə ədalətli yanaşmaq lazımdır". (apa)
Mediainfo.az
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































