""Böyük Bakının Regional İnkişaf Planı" (Baş plan) layihəsi artıq hazırdır və Nazirlər Kabinetinə təqdim olunub".
Apa-nın xəbərinə görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov deyib. Komitə sədri bildirib ki, hazırda layihəyə ekspertlər baxış keçirir. Baxışdan sonra Nazirlər Kabineti layihəni təsdiqləyəcək.
Layihədə bir çox yenilik olacağını deyən A. Ələsgərov vurğulayıb ki, bu dəyişikliklərə müvafiq nazirliklərin hər biri mövqeyini bildirib: "Layihə ilə bağlı nazirliklərin verdiyi təkliflərin bəziləri ilə razılaşsaq da, bəziləri ilə razılaşmadıq. Misal üçün, keçmiş nəqliyyat naziri Ziya Məmmədov bizə təklif etmişdi ki, Bakıda ikinci pullu yol da olsun. Ancaq bizdə bir pullu yol var. Ona görə də nazirliyə cavab verdik ki, Bakıda bir pullu yol kifayət edir".
Mediainfo.az
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































