Rusiya xam neft hasilatında Səudiyyə Ərəbistanını geridə qoyaraq dünyanın ən böyük neft istehsalçısı olub.
Bu barədə mərkəzi ofisi Ər-Riyadda yerləşən "Joint Organisations Data" şirkəti məlumat yayıb.
Rusiya 2016-cı ilin martından indiyədək neft hasilatında ilk dəfə Səudiyyə Ərəbistanını geridə qoyub. Belə ki, ötən ilin dekabr ayında Rusiyanın neft istehsalı noyabr ayına görə 29 min barel/gün azalaraq 10,49 milyon barel/gün olub. Həmin dövrdə Səudiyyə Ərəbistanının hasilatı 10,72 milyon barel/gündən 10,46 milyon barel/günə enib. ABŞ isə 8,8 milyon barel/gün neft hasilatı ilə üçüncü böyük istehsalçı olub.
Dekabr ayında Səudiyyə Ərəbistanının neft ixracı da 8,26 milyon barel/gündən 8 milyon barel/günə geriləyib.
Mediainfo.az
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































