"Rosneft" və SOCAR "Abşeron" yatağı üzrə aktiv danışıqlar aparmır.
Bunu "Rosneft"in departament direktoru Kris İnçkomb "Interfaks" agentliyinə müsahibəsində bildirib.
"Sözügedən yataqla bağlı aktiv danışıqlar getmir. Lakin biz Xəzər dənizindəki başqa layihələrin qiymətləndirilməsini davam etdiririk", - deyə o bildirib.
Bundan öncə SOCAR prezidenti Rövnəq Abdullayev Ümumdünya Enerji Forumunda bildirib ki, "Rosneft" "Abşeron" yatağına maraq göstərir. SOCAR prezidenti əlavə edib ki, "Rosneft" SOCAR-ın yalnız "Abşeron" üzrə tərəfdaşı deyil.
SOCAR-ın hesablamalarına görə, adıçəkilən yatağın ehtiyatları 150-300 mlrd. kubmetr təşkil edir. Layihənin səhmdarları SOCAR, "Total" (hər biri 40%) və "GDF Suez" (20%) şirkətləridir.
Mediainfo.az
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































