Cari ilin yanvar ayında istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilə nisbətən 11,9 faiz, o cümlədən, ərzaq məhsullarının qiymətləri 14,5 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri isə 12,3 faiz bahalaşıb
Bu barədə məlumatı Dövlət Statistikaa Komitəsi yayıb. Hesabatda bildirilib ki, 2016-cı ilin dekabr ayına nisbətən ərzaq məhsullarının qiymətləri 2,8 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri isə 2 faiz artıb.
Ay ərzində bahalaşma düyünün, unun, qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, qəhvə, çay və kakaonun, almanın, armudun, heyvanın, narın, portağalın, naringinin, bananın, kələmin, göyərtinin, pomidorun, xiyarın, kartofun, soğanın, sarımsağın, yerkökünün, çuğundurun qiymətlərində müşahidə olunubr. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən MDB ölkələrinə dəmiryolu və hava nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin qiymətlərində ucuzlaşma, digər ölkələrə hava nəqliyyatı xidmətlərinin qiymətlərində bahalaşma müşahidə olunub.
2017-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni ayı ilə müqayisədə 1,3 faiz üstələyərək 2,6 milyard manata bərabər olub.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























.jpg)

.jpg)




























