Bakıda mobil telefonların qiyməti kəskin ucuzlaşıb. Ötən il qiymətləri kəllə-çarxa çıxan telefonlar hazırda nisbətən ucuz qiymətə müştərilərə təklif olunur.
Telefon satışı ilə məşğul olan İsmayıl Əhmədov azvision.az-a bildirib ki, "Samsung" və "iPhone" markalı telefonların qiyməti daha çox ucuzlaşıb.
Satıcının sözlərinə görə, son günlər telefon bazarında qiymətlər hiss ediləcək dərəcə aşağı düşüb. Belə ki, "iPhone" modelləri 50-100 manat endirimlə satışa çıxarılıb.
"Samsung"un ən çox üstünlük verilən "J" versiyası 450-580 AZN-ə alıcılara təklif olunur. Digər modellərdə də qiymətlərin dəyişdiyi bildirilir.
"Samsung"un müxtəlif modellərinə minmum 20-30 manat endirim tətbiq edilib. Nisbətən bahalı telefonların qiymətləri 50 manatadək aşağı salınıb.
Satıcılar hesab edirlər ki, qiymətlərin ucuzlaşması bazarda canlanmaya səbəb olub. Əvvəlki günlərlə müqayisədə alıcılıq qabiliyyəti yüksəlib.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























.jpg)

.jpg)




























