Xəbər verdiyimiz kimi, Azərbaycanda satış mərkəzlərində tütün məmulatlarının nağd pulla satışı qadağan edilib.
Artıq nağd pulla topdan satınalma əməliyyatlarının həyata keçirilməsi dayandırıldığı üçün hazırda mağazalarda siqaret qıtlığı müşahidə edilir.
Mağaza satıcıları bildiriblər ki, plastik kart olmadığı üçün siqaretin satışı dayandırlıb. Onların sözlərinə görə, topdan satışla məşğul olan mərkəzlər bir neçə gündür siqareti plastik kartla və ya öncədən hesaba köçürmə yolu ilə satırlar. Siqareti o sahibkarlar ala bilir ki, onların VÖEN əsasında bank hesabı var. Bu imkan əksər mağazalarda olmadığı üçün satış mərkəzlərində siqaret qıtlığı yaranıb və bu da tütün məhsullarının süni şəkildə bahalaşmasına səbəb olub.
Satıcılar hesab edirlər ki, qüvvəyə minən qanunun uzun müddətdən sonra icrasına başlanmasına səbəb "vergidən yayınma hallarının" qarşısını almaq və büdcəni doldurmaqdır.
Ancaq mağaza sahibləri kartla ödəniş etməkdən imtina edir və bir neçə gündür ki, şəhərdə siqaret tapmaq müşkül məsələyə çevrilib.
Binəqədi rayonunda yerləşən marketlərin sahibləri isə bu qərarı boykot etmək qərarına gəliblər və deyiblər ki, əvvəlki sistem qayıtmasa siqaret satmayacaqlar.
Bu məsələdə ən çox zərəri isə vətəndaşlar çəkir.
Onu da qeyd edək ki, siqaret satışını davam etdirən şəxslər isə öz istədikləri qiyməti tətbiq edirlər. Ölkədə bu anlaşılmaz durumun nə vaxta qədər davam edəcəyi sual altındadır. (azxəbər)
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“

























.jpg)

.jpg)


























