Rusiyanın peyk televiziya operatoru olan "Orion Ekspress" şirkəti Azərbaycan və Ermənistan bazarına çıxmağı planlaşdırır.
"Report"un məlumatına əsasən, şirkət Cənubi Qafqaz regionunda 2017-ci ildən fəaliyyətini genişləndirmək niyyətindədir. Bundan başqa, şirkət Qazaxıstan və Ukrayna bazarı ilə maraqlanır. Lakin Ukrayna ilə siyasi vəziyyət, Qazaxıstanda isə bu bazarın tənzimlənmə qaydaları şirkətin bu planlarına çətinlik törədir.
Qeyd edək ki, 2016-cı ilin yazında "Orion Ekspress" və Gürcüstanın "Super TV" MMC-si bu ölkənin ərazisində peyk televiziya yayımına başlayıb. 2016-cı ilin ikinci yarısında layihəyə 500 abunəçi qoşulub.
"Orion Ekspress"in maliyyə gəlirləri 2016-cı ildə 3,5 mlrd. rubl təşkil edib. Bu, 2015-ci ilin göstəriciləri ilə müqayisədə 2% çoxdur. Şirkətin il ərzində abunəçi bazası 5% artaraq təxminən 3 000 ev təsərrüfatı səviyyəsinə çatıb.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























.jpg)

.jpg)




























