Bugünkü ticarət sessiyasında dolların indeksinin möhkəmlənməsi qızılı ucuzlaşdırır.
Hazırda Nyu-Yorkun "Comex" birjasında qızılın qiyməti 3,7 dollar və ya 0,3% azalaraq 1215,7 dollara çatıb. Halbuki ötən gün qızılın 1 unsiyasının dəyəri 1224,2 dollara çatıb ki, bu da ötən ilin noyabr ayından etibarən ən yüksək göstəricidir.
Gümüşün 1 unsiyasının qiyməti 0,4% azalaraq 17,36 dollar təşkil edib.
Dolların indeksi bugünkü ticarət sessiyasında 0,06% möhkəmlənərək 99,88 bənd təşkil edib. Ötən gün ABŞ valyutasının indeksi 99,19 bəndədək geriləyib ki, bu da ötən ilin noyabr ayının 14-dən etibarən ən aşağı göstərici olub.
Dolların bahalaşmasına korreksiya səbəb olub. Ötən gün dollar ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) iclasında qəbul olunan qərara reaksiya verərək ucuzlaşıb. Xatırladaq ki, FED uçot dərəcəsini dəyişməyərək 0,5-075% diapazonunda saxlayıb. Beləliklə, analitiklər FED-in mart ayında keçiriləcək iclasında uçot dərəcəsinin artırılması ilə bağlı ehtimallarını azaldıb. Təbii ki, ötən gün ucuzlaşan dollar qızılı bahalaşdırıb. Bunun ardınca dollar bahalaşmağa başlayıb ki, qızılın qiyməti də buna müvafiq reaksiyanı verib. Dolların möhkəmlənməsi ABŞ valyutasında ticarət olunan qiymətli daşların qiymətinə neqativ təsir edir.
Hazırda investorlar ABŞ-da dekabr ayı üzrə qeyri-aqrar sahədə yeni yaradılan iş yerlərinə dair statistikanın açıqlanmasını gözləyir. Analitiklərin proqnozuna əsasən, bu göstərici 175 minə bərabər olacaq. (apa)
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























.jpg)

.jpg)




























