Azərbaycana idxal olunan benzinin qiymətində artım baş verib.
Artıq yanacaqdoldurma məntəqələrində "AI-95 Premium" və "Aİ-98 Super" markalı benzinin yeni qiymətləri tablolara vurulub.
Belə ki, "AI-95 Premium" markalı benzinin yeni qiyməti 1,15 AZN və "Super Aİ-98" markalı benzinin isə 1,20 AZN müəyyənləşib.
Qeyd edək ki, bu markalı benzinlər ölkəyə idxal olunur və qiyməti sərbəst tənzimlənir.
Qiymət artımı Azərbaycanda istehsal olunan "AI-92" markalı benzin və "L-62" markalı dizel yanacağına tətbiq olunmayıb. Bu məhsulların qiyməti Tarif Şurası tərəfindən tənzimlənir.
Qeyd edək ki, ölkəyə idxal olunan benzinin qiyməti bundan əvvəl bu ilin yanvarın 13-də artmışdı. Həmin vaxt "Aİ-95 Premium" markalı benzin 1,05 AZN, "Aİ-98 Super" markalı benzin isə 1,10 AZN idi. (apa)
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“

























.jpg)

.jpg)


























