Bu gün Türkiyədə ABŞ dolların məzənnəsi yenidən 3,9 lirəni ötüb.
Sonunda dəfə bu cür vəziyyət yanvarın 11-12-də qeydə alınıb və TRY/USD nisbəti 3,9423-ə bərabər olub.
Türkiyədə dolların bahalaşmasına səbəb bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanın uçot dərəcəsi ilə bağlı açıqlaması olub. Belə ki, dövlət başçısı vahid faiz siyasətinin - Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini hazırki 8% səviyyəsində saxlamağın tərəfdarı olduğunu bildirib. Qeyd edək ki, TMB hazırda 3 faiz alətindən istifadə edir. Bunlar, 1 günlük və 7 günlük repo, eləcə də gec likvidlik faizləridir.
Bu arada "Fithc" beynəlxalq reytinq agentliyinin bu gün Türkiyənin reytinqini açıqlayacağı gözlənilir. "Report"un analitik qrupu agentliyin Türkiyənin reytinqini aşağı salacağını və bununla da ölkənin investisiya qoyula biləcək statusdan çıxaraq spekulyativ ölkələr sırasına daxil olacağını proqnozlaşdırır. Bundan başqa, türk lirəsinin bir qədər də ucuzlaşacağı və TRY/USD nisbətinin 4-ü keçəcəyi, ilin sonuna qədər 4,3-a çatacağı istisna edilmir.
Əgər "Fitch" Türkiyənin reytinqini sabit saxlasa, TRY/USD nisbətinin 3,7-ə qədər azalması mümkündür. (report)
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“


























.jpg)

.jpg)


























