Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanvarın 31-də dövlət əmlakının özəlləşdirilməsi üzrə hərrac keçirəcək.
Komitənin mətbuat xidmətindən "Report"a bildirilib ki, hərraca 20 səhmdar cəmiyyətinin səhmləri, 23 nəqliyyat vasitəsi və 38 kiçik dövlət müəssisə və obyekti çıxarılıb.
Paytaxtın Suraxanı rayonunda yerləşən 47 saylı mağaza 200 min manata, Sumqayıtda yerləşən 3 saylı avtomobillərə qazdoldurma stansiyası 280 min manata, Şirvan şəhərindəki Yardımçı təsərrüfat isə 315 min manata təklif olunur. Özəlləşməyə çıxarılan paytaxtdakı qeyri-yaşayış sahələri Səbail, Nəsimi, Yasamal, Binəqədi, Nizami, Nərimanov və Xətai rayonlarında yerləşir. Binəqədi rayonundakı qeyri-yaşayış obyektinə 468,4 min manat, Səbail rayonundakı obyektə isə 460 min manat ilkin satış qiyməti təyin olunub. Paytaxtdakı əmlakların sahəsi əsasən 15-300 kv.metr arasında dəyişir.
Özəlləşməyə çıxarılan səhmdar cəmiyyətləri təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Müxtəlif şəhər və rayonlarda yerləşən belə iri müəssisələr sırasında paytaxtda yerləşən "Sabunçu Ticarət Təchizat", "Xətai Ticarət-108" ilə yanaşı, regionlarda yerləşən "Ağcabədi Aqrotexservis", "Mingəçevir Qum Çınqıl", "Tovuz Məişət", "Ucar İnşaat Xidmət", "Xırdalan yük nəqliyyat" kimi səhmdar cəmiyyətlər var.
Mediainfo.az
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































