Vadim Mosiyçuk : “SOCAR Ukraynada tenderdən əsassız uzaqlaşdırılıb”

Vadim Mosiyçuk : “SOCAR Ukraynada tenderdən əsassız uzaqlaşdırılıb”

Ukraynanın Antiinhisar Komitəsi əsassız olaraq "SOCAR Ukrayna" MMC-ni Dövlət Ehtiyat Agentliyinin keçirdiyi tenderdən uzaqlaşdırıb.

Bunu Dövlət Agentliyinin rəhbəri Vadim Mosiyçuk bildirib.

Tender reaktiv mühərriklər üçün 6 ton yanacağın alınmasına dair keçirilir. Alınacaq yanacağın ümumi dəyəri 126 mln. Ukrayna qrivnası təşkil edir.

Onun sözlərinə görə, tenderdə iştirak üçün "SOCAR Ukrayna", "VOG Aero Jet" və "Ukr Petrol" şirkətləri müraciət edib. "Ukr Petrol" şirkətinin müraciəti qeydə alınmayıb və şirkət Antiinhisar Komitəsinə şikayət ünvanlayıb. Antiinhisar qurumu isə SOCAR-ın törəməsini tenderdən uzaqlaşdırıb, əvəzində "Ukr Petrol" şirkətinin tenderdə iştirakına icazə verib.

"Antiinhisar Komitəsi qərarını bununla izah edib ki, tenderdə iştirak üçün "SOCAR Ukrayna"ya verilən bank ərizəsində şirkətin adı rus dilində yazılıb. Halbuki 104 vərəqlik sənəd sırf Ukrayna dilində tərtib olunub", - deyə V. Mosiyçuk bildirib.

Onun sözlərinə görə, Dövlət Ehtiyat Agentliyi Antiinhisar Komitəsinin qərarına sərt reaksiya verəcək.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az