Bu il yanvarın 1-dən qüvvəyə minmiş "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" və "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanunların, habelə vergi inzibatçılığında baş vermiş dəyişikliklərin mahiyyətinin sahibkarlara və iş adamlarına çatdırılması məqsədilə Vergilər Nazirliyi ötən gün Lənkəranda sahibkarla görüş keçirib.
Nazirlikdən "Report"a verilən məlumata görə, görüşdə 6 saylı Ərazi Vergilər İdarəsinin əhatə dairəsinə daxil olan Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının iş adamları iştirak ediblər.
Vergilər nazirinin müavini Sahib Ələkbərov Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin əsas məqsədinin ölkədə kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi yükünün azaldılması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın səviyyəsinin yüksəldilməsi, dürüst və şəffaf vergi uçotunun qurulması olduğunu bildirib. Onun sözlərinə görə, ölkə başçısının təşəbbüsü ilə qəbul olunmuş "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanun sahibkarların maliyyə vəziyyətinin sağlamlaşdırılmasına, onların sərəncamında əlavə vəsaitlərin qalmasına, sahibkarlığın inkişafının stimullaşdırılmasına və daha əlverişli biznes mühitinin formalaşdırılmasına xidmət edir: "Bütövlükdə bütün bunlar sahibkarlıqla məşğul olanların sayının artmasına, vergi ödəyicilərinin daha çox qazanc əldə edə bilmələrinə və müvafiq olaraq daha çox vergi ödəmələrinə şərait yaratmalıdır. Məqsəd də bundan ibarətdir ki, vergi ödəyiciləri daha çox qazansınlar, daha çox vergi ödəsinlər və Azərbaycan daha sürətlə inkişaf etsin".
Vergilər Nazirliyin digər rəhbər vəzifəli şəxsləri isə Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin, həmçinin "Nağdsız hesablaşmalar haqqında" qanunun tələblərindən irəli gələn məsələlərin ətraflı izahını verib, bu dəyişikliklərin mahiyyəti barədə vergi ödəyicilərini məlumatlandırıblar.
Tədbirdə vergi ödəyicilərinin pərakəndə ticarətdə uçot sisteminin qurulması, elektron qaimə-fakturaların tətbiqi, sabit vergi və könüllü vergi açıqlaması sistemlərinin mahiyyəti, elektron ödənişlər zamanı xidmət haqqının tutulması və nağd ödəmələrə qoyulmuş limitlər, pos-terminalların fəaliyyəti, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış vergi borclarının silinməsi posedurları və s. kimi məsələlərlə bağlı çoxsaylı sualları cavablandırılıb.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“


























.jpg)

.jpg)


























